Antalyada oynanılan və hazırda davam edən Azərbaycan və Qazaxıstan hazırlıq matçını izləyənlər arasında maraqlı qonaqlar var.
Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanı Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Bağlan Ergeşev və Türkiyədəki səfiri Canseyit Tüyanbayev də izləyir. Bundan əlavə matçın azarkeşləri arasında hər iki ölkənin Türkiyədə yaşayan və təhsil alan vətəndaşları da var.