Azərbaycan milli komandasının sabiq üzvü Vüqar Əsgərovun yeni klubu bəlli olub.
Newsport.az xəbər verir ki, o, karyerasını yenidən Latviyada davam etdirəcək. 30 yaşlı hücumçu Riqa şəhərini təmsil edən “Salaspils” klubu ilə münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, Vüqar ötən mövsüm Latviyanın “1625 Liepaya” klubunda çıxış etmişdi. O, komandanın heyətində 15 oyuna 22 qol vurmağı bacarmışdı.