Bu gün Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində II turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, 16 yaşadək futbolçular arasında keçirilən turnirin ikinci oyun günü Azərbaycan yığmasının matçı ilə başlayıb.
Yığma komandamız ev sahibləri Malta komandası ilə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.
İlk turda Belarusa da qalib gələn (3:2) maltalılar turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Millimiz isə son turda Belarusla qarşılaşacaq.
Xatırladaq ki, millimiz turnirdə keçirdiyi ilk oyunda Lixtenşteyn yığmasını 8:0 hesabı ilə məğlub edib.