Namiq Ələsgərov: "Yığmaya qayıtmaq üçün çox çalışdım"

Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov Qazaxıstanla sabah keçiriləcək yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının da iştirak etdiyi müsahibədə gənc futbolçu meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib.

- Qazaxıstanla sabah keçiriləcək yoldaşlıq görüşünün hazırlığını artıq yekunlaşdırmısınız. Hazırlıq necə alındı?

- Toplanış çox yaxşı keçdi. Bildiyiniz kimi, Qazaxıstanla oyun yoldaşlıq görüşü xarakteri daşıyır. Buna baxmayaraq, matça ciddi hazırlaşırıq. Sabah qələbə qazanmağa çalışacağıq.

- Zədənizlə bağlı hansıs bir probleminiz qalmayıb?

- Düzdü, ayağımda bir qədər ağrılar oldu. Bu üzdən ilk vaxtlar komanda ilə birgə məşq etmədim. Ancaq indi hər şey normaldı. Kollektivlə son hazırlıqlarda iştirak etdim.

- Uzunmüddətli fasilədən sonra yenidən milli komandaya qayıtdınız. Sabah baş məşqçinin etimadını doğruldacağınıza inanırsınızmı?

- Əlbəttə ki, yığmaya yenidən çağırıldığım üçün çox sevinirəm. Çünki uzun müddət idi millidən kənarda qalmışdım. Ağır zədədən sonra əvvəlki formamı bərpa edib, yenidən yığmaya dönmək üçün çox çalışdım. O ki qaldı Qazaxıstanla oyuna, baş məşqçi şans versə, təbii ki, əlimdən gələni edəcəm. Həm özümü meydanda yaxşı tərəfdən göstərməyə, həm də komandaya xeyir verməyə çalışacam.

- Qazaxıstanın güclü və zəif cəhətlərini təhlil etmisinizmi?

- Bəli, təhlil etmişik. Yoldaşlıq oyunu olsa da, rəqib barədə ətraflı məlumat toplamışıq. İstənilən halda, sabah meydana qələbə üçün çıxacağıq.

Mərdan Həsənov / Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right