Millimizin son məşqində Sadıqov "fırtınası"

Sabah Qazaxıstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan yığması bu gün Antalyada son məşqinə çıxıb.

Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “Gloria” otelinin meydançasında baş tutan məşq bir saat çəkib.

Komandamız yüngül qaçış və isinmə hərəkətləri ilə məşqə start verib. Topla yüngül paslaşmanın ardından futbolçular 3 qrupa bölünərək təktoxunuşlu ötürmələr üzərində hazırlaşıblar. Baş məşqçi Robert Prosineçki və kapitan Rəşad Sadıqovun yer aldığı qrup daha fəal nəzərə çarpırdı. Rəşadın futbolçulara əlavə ruh yüksəkliyi verməsi xüsusi diqqət çəkdi.

Daha sonra komanda iki qrupa bölünüb. Qazaxıstanla qarşılaşmada start heyətində meydana çıxacaq oyunçular küncdən ötürmələr üzərində çalışıblar. Əvvəlcə müdafiəçilər hücumçulara zərbə vurmağa mane olublarsa, ardından bütün oyunçular qapıçı Kamran Ağayevə qarşı olublar. Digər qapıda isə ehtiyatda oturacaq oyunçular uzaq məsafədən Aqil Məmmədov və Səlahət Ağayevin sayıqlığını yoxlayıblar.

Arif Daşdəmirovla Qara Qarayev qruplardan ayrı meydanın mərkəzində yüngül paslaşmalarla kifayətləniblər.

Yığmamızda əhval-ruhiyyənin yüksək olması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right