21 yaşlılardan ibarət yığma komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev Newsport.az-a açıqlama verib.
Qolkiper dünən Rusiya ilə keçirilən və 2:2 hesabı ilə başa çatan matçı şərh edib: "Biz hər kəsə göstərdik ki, Rusiyanı Bakıda təsadüfən udmamışıq. Hələ Rusiyaya yenə qalib gələ bilərdik. Son dəqiqələrdə Azər Salahlı qapıya düşsəydi, 3:2 qalib gələcəkdik".
İkinci qol zamanı səhvə yol verən Şahruddin həmin epizod haqda bunu deyib: "Zərbə zamanı topu görmədim. Çünki Ramil Şeydayev qarşımda dayanmışdı. Top ayaqdan çıxandan sonra isə Şeydayev qarşımdan qaçdı və ümumiyyətlə, mənim üçün problem yarandı. Düzdü, rəqibin heyətində iki azərbaycanlı, bir erməni çıxış edirdi. Amma mənim üçün elə də önəmi yox idi.
Arşak Koryan meydana çıxanda, müdafiəçilərimizə dedim ki, sərt oynasınlar və erməni də kimə qarşı oynadığını anlasın".