"Kəpəz"in kapitanı Tural Axundov müsahibə verib:
- Məşqlər necə gedir?
- Hər şey qaydasındadı. Premyer Liqanın növbəti turuna hazırlaşırıq.
- Yola saldığımız turda "Neftçi"yə qalib gəlməyiniz çox müzakirə edildi. Görüş haqda fikirlərini bilmək maraqlı olardı..
- Çətin oyun alındı. Birinci hissə 2:0 öndə idik. Hamı da gördü ki, "Neftçi"dən üstün futbol oynadıq.
- Maraqlıdı, təyin edilən penaltini nə yaxşı, sən vurdun?
- Şahin müəllim penaltini mənə həvalə edib. Çünki penaltiləri yaxşı vururam. Məşqlərdə də bunun üzərində işləyirəm. Vurduğum qolu da Azərbaycanın bir nömrəli azarkeşlərinə, yəni "Kəpəz"lilərə həsr edirəm.
- "Neftçi" üzərindəki qələbə elə-belə deyildi. Nə də olmasa, 11 illik tilsimi qırdınız...
- Çox sevinirik ki, 11 illik tilsimi qırdıq. Mükafatımızı da almışıq.
- Qarşıdakı turda "Zirə" ilə oynayacaqsız.
- Biz həmişə oyunlara üç xal üçün çıxırıq. "Zirə" ilə də matça qələbə üçün çıxacağıq. İnşallah üç xal bizim olar. "Zirə" ilə oyunlarımız hər zaman çətin olub.
- Millidə "Kəpəz"i iki oyunçu- Namik Ələsgərov və Tərlan Quliyev təmsil edir. Onların özünü millidə göstərə biləcəyinə inanırsan?
- Namiklə Tərlana uğurlar arzu edirəm. Hər ikisi buna layiqdi. Sevinirik ki, millidə "Kəpəz"i təmsil edən oyunçular var.
- Komandanın kapitanı olsan da, stabil çıxış etsən də Robert Prosineçki səni milliyə çağırmağa ehtiyac duymadı..
-Nə deyim? Qismət belə imiş.
- Millimizin Qazaxıstanla keçirəcəyi görüş haqda düşüncələrin necədi?
- İnşallah Qazaxıstanla görüşdə də qələbə qazanarıq. Hamıya uğurlar arzu edirəm.
- Uzun müddətdi ki, "Kəpəz" Dariosuz oynayır. Onun yoxluğunu hiss edirsiz?
- Dario çox yaxşı futbolçudu. Top Darioda olanda bilirdik ki, 2-3 oyunçunu rahat keçəcək və daha yaxşı epizodlar olacaq. Amma onsuzda elə də çətin deyil. Bizdə Darionun əvəzində oynaya biləcək oyunçular var. Heç də ondan geri qalmırlar.
spotinfo.az