"İstədiyimiz üç xal idi. Rusiyanı məğlub edib, növbəti üç xalı qazanmaq istəyirdik. Buna da çox inanmışdıq. Ancaq bir az bəxtimiz gətirmədi. Hardasa etdiyimiz səhvlər də qalib gəlməyimizə mane oldu və nəticədə heç-heçə alındı".
Bu sözləri 21 yaşlılardan ibarət yığma komandamızın oyunçusu Adil Nağıyev Newsport.az-a açıqlamasında bildirib.
Nağıyev fikirlərinə bu cür davam etdirib: "İkinci hissəyə də birinci yarıya necə başlamışdıqda elə başladıq. Baş məşqçi bizə daha diqqətli olmağı tapşırdı. Diqqətli oynasaq yaxşı nəticə qazanacağımızı bilirdik. Qolumuzu vurduq. Amma qol vurduqdan sonra bir az rahatlaşdıq. Hər halda qolları buraxdıqdan sonra toparlanıb heç-heçəyə nail olduq".
"Futboldu, hər kəs səhv edər. Buraxılan qollarda bütün komandanın səhvi var, tək Şahruddinin yox. Hesabda geri düşəndə də, inanırdıq ki, yaxşı nəticə qazana bilərik" - deyə, Nağıyev fikirlərini yekunlaşdırıb.