Nazarov “Karlsrue”dən ayrıla bilər

Azərbaycan milli komandasının üzvü Dmitri Nazarov yayda “Karlsrue”dən ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

Məlumatda bildirilir ki, II Bundes Liqa təmsilçisi yayda 7 futbolçusu ilə yollarını ayıracaq.  Həmin futbolçular arasında yığmamızın futbolçusunun da adı var.

Alman həmkarlarımız Nazarovun mövsümün əvvəlində yaxşı çıxış etdiyini qeyd etməklə yanaşı, onun son vaxtlar ehtiyat oynçular skamiyasının üzvünə çevrilməsindən də yazıblar.

Nazarovun “Karlsrue” ilə müqaviləsinin müddətinin yayda başa çatması və hələ ki, ona yeni sözləşmənin təklif olunmaması təcrübəli futbolçunun mövsümün sonunda komandasını dəyişmək ehtimalını artırır.

 

Qeyd edək ki, Nazarov 2013-cü ildən “Karlsrue”də çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right