Maliyyə feyr-pley qaydalarına əməl etmədiyi üçün avrokuboklardan kənarlaşdırılan Türkiyənin “Qalatasaray” klubu sözügedən qərarla razılaşmaq niyyətində deyil.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi qərarın ləğv edilməsi üçün İdman Arbitraj Məhkəməsinə müraciət edib. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb.
CAS-ın İstanbul nəhənginə hansı cavab verəcəyi maraqla gözlənilir.