“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya milli komandasının heyətində növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, 27 yaşlı forvard Norveçlə ötən gün baş tutan yoldaşlıq oyununda iştirak edib.
Start heyətində meydana daxil olan futbolçu sona qədər mübarizə aparıb. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.