Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Pisarev “Avro 2017”nin seçmə mərhələsində Azərbayan yığmasına qarşı keçirdikləri oyun barədə danışıb.
Newsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasının oyunundan gileylənib:
“Oyuna nəzarət edən tərəf idik. Bilirdik ki, Azərbaycan yığması daha çox müdafiə futbolu oynayacaq. Rəqib müdafiəsini yarmaq üçün daha istəkli olmalı idik. Oyuna yaxşı hazırlaşmışdıq. Lakin standart vəziyyətdən buraxdığımız iki qol bu cür epizodları hazır olmadığımızı göstərdi. Buraxdığımız səhvləri təhlil etməli və qarşıdakı oyunları düşünməliyik. ”
Qeyd edək ki, qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatıb.