21 yaşadək futbolçular arasında "Avro-2017"nin seçmə mərhələsində bu gün keçiriləcək Rusiya - Azərbaycan oyunu canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, qarşılaşma Rusiyanın "Futbol 1" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, Rusiya - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.