16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yığmamız Lixtenşteyn komandası ilə qarşılaşıb.
Oyun yığmamızın qələbəsi ilə yekunlaşıb. Fasiləyə qədər 7 qol vuran komandamız ikinci hissədə cəmi 1 dəfə fərqlənib - 8:0.
Qeyd edək ki, millimiz sözügedən turnirdə Lixtenşteynlə yanaşı, Malta və Belarusla üz-üzə gələcək.
24 mart
16:15. Azərbaycan – Lixtenşteyn - 8:0
Qollar: Xaqani Sadıqov, 7 (1:0), Bəşir Ayralov, 9 (2:0), Xaqani Sadıqov, 10 (3:0), Xaqani Sadıqov, 19 (4:0), Fərid Məmmədov, 26 (5:0), Kamran Quliyev, 34 (6:0), Xaqani Sadıqov, 40 (7:0), Elvin Cəfərquliyev, 80 (8:0)