Rusiya - Azərbaycan: hakimlər müəyyənləşdi

"Avro-2017"nin seçmə mərhələsində Rusiyanın və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu polşalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Tomaş Musial olacaq. Ona həmyerliləri Radoslav Siejka və Yakub Slusarski köməklik edəcək. Tomaş Kviatkovski isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, bu gün "Olimp-2" stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right