Şahin Diniyev: "Məcburiyyətdən gündə yalnız bir dəfə məşq edirik"

Azərbaycan Premyer Liqasının 27-cü turunda martın 30-u Gəncədə "Zirə"nı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlığını "Bakı"nın bazasında başlayıb.

Newsport.az-ın məlumatına görə, paytaxtda bu gündən hazırığa başlayan gəncəlilər ayın 28-i Nizami yurduna yollanacaq.

“Sarı-göylər”in “Zirə" görüşü öncəsi sonuncu hazırlığı matçın keçiriləcəyi şəhər stadionunda olacaq. Bu gün "Kəpəz"in məşqində olduq və komandanın baş məşqçisi Şahin Diniyevin fikirlərini öyrəndik. Diniyev hazırlıq və "Zirə" matçı barədə bunları bildirdi: "Gündə bir dəfə olmaqla məşqlərimizi edirik. "Zirə" oyununa ciddi hazırlaşırıq. Heyətdə itkilərimiz var. Elə millidə olan oyunçularımızla yanaşı, Julian Ebah da icazə alaraq vətəninə yollanıb. 23-dən 28-nə kimi Bakının bazasında məşq edəcəyik.

Beş gün sonra Gəncəyə yollanıb orada bir məşq edib "Zirə" ilə görüşə çıxacağıq. Elə də geniş heyətimiz yoxdu ki, bir itki özünü göstərməsin. Julian Ebah "Zirə" matçında meydanda olmayacaq, cəzalıdı. Bütün çətinliklərə baxmayaraq, qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.

Baza problemimizin olduğuna görə gündə yalnız bir dəfə məşq edirik. Əgər problem olmasaydı, gündə iki dəfə də məşq edərdik. Məcburiyyətdən gündə bir dəfə məşq edirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right