"Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində AZAL üzərində qazandıqları 4:2 hesablı qələbəni şərh edib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Qəbələdəki qələbədən sonra AZAL-la oyunda da uğur qazanmaq istəyirdik. Xoşbəxtlikdən buna nail olduq. Xarakter göstərməklə istəyimizə çatdıq. AZAL-ın əvvəlki oyunlarına baxmışdıq. Bu komanda istənilən rəqibə qarşı yaxşı oynayır. Rəqibin asanlıqla təslim olmayacağını, sonadək mübarizə aparacağını bilirdik. Bizdə də heç bir arxayınlıq yox idi. Buna görə də məhsuldar və maraqlı oyun alındı".