"İnter"in kapitanı və son həftələrdəki "qol silahı" Nizami Hacıyev karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi "Terek"in maraq dairəsindədi.
Millimizin üzvü uzun müddətdi ki, Qroznı təmsilçisinin transfer siyahısında yer alıb. Premyer Liqamızda son turlarda göstərdiyi oyunu ilə Hacıyev diqqətləri üzərinə çəkə bilib. Onun "Terek"ə keçib-keçməyəcəyi yayda daha dəqiq bilinəcək.
Sportinfo.az