Millimizin Antalya toplanışı gündə bir məşqlə davam edir

Futbol üzrə Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, millimizin heyətində zədəli futbolçu yoxdur.

Baş məşqçi Robert Prosineçki futbolçuları gündə bir məşqə çıxarır. Xorvatiyalı mütəxəssis mövsümün qızğın vaxtında onları çox da yükləmək istəmir.

Qeyd edək ki, komandamız martın 26-da Antalyada Qazaxıstanla yoxlama oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right