Bayıl Arenada təkrarlanan antirekord

Azərbaycan Premyer Liqasının 26-cı turunun ilk günü avtoqolla əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, “Bayıl Arena”da keçirilən “Rəvan” – “Sumqayıt” oyununda meydan sahiblərinin müdafiəçisi Saşa Yunisoğıu topu öz qapısından keçirib.

Bu, mövsümün avtoqolu olmaqla yanaşı, həm də təcrübəli arxa xətt oyunçusu üçün antirekordçular sırasında düşməsi ilə nəticələnib. Belə ki, Saşa ölkə çempionatlarında 3-cü dəfə avtoqola üzülüb. O, 1999/2000 mövsümündə “Xəzər Universiteti”nin üzvü kimi “Şəfa” ilə, 2009/10 mövsümündə isə “Bakı”nın müdafiəçisi kimi “İnter”lə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü dəfə eyni uğursuzluğu yaşayan Yunisoğlu Azərbaycan çempionatlarında ən çox avtoqol edən 3 oyunçudan biri olub. Onadək Ayxan Abbasov və Natiq Qasımov da hərəyə 3 dəfə eyni uğursuzluğu yaşamışdı. 16 futbolçu isə 2 dəfə belə halla üzləşib.

Xatırladaq ki, cari mövsümdə Saşayadək 2 dəfə Cəmil Hacıyev (“Sumqayıt”), hərəyə 1 dəfə isə Yamin Ağakərimzadə (“Rəvan”) və Zaman Mirzəzadə (“Xəzər Lənkəran”) öz qapısına qol vurmuşdu. (PFL)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right