Azərbaycan Premyer Liqasının XXVI turu geridə qaldı.
Newsport.az-ın məlumatına görə, XXVI turun oyunlarını ümumilikdə 9250 azarkeş stadiondan izləyib.
Ən yaxşı göstərici "Qəbələ" - "Qarabağ" matçında qeydə alınıb - 4 min tamaşaçı. Ən zəif göstərici isə turun açılış matçı olan "Rəvan" - "Sumqayıt" oyununa təsadüf edib -150 azarkeş.
1. Qəbələ - Qarabağ - 4000 tamaşaçı
2. Xəzər Lənkəran - İnter - 2700 tamaşaçı
3. Neftçi - Kəpəz - 1700 tamaşaçı
4. Zirə - AZAL - 700 tamaşaçı
5. Rəvan - Sumqayıt - 150 tamaşaçı