"Əlincə"nin 6 futbolçusu - Hüseyn Əhmədov, Zahid Mərdanov, Soltan Mürşüdov, Şakir Seyidov, Tahir Zeynalov və Əli Hacıyev U-16 yığmasına cəlb olunub. Milli martın 18-dən 22-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, 23-28 mart tarixlərində isə Maltada UEFA İnkişaf turnirində iştirak edəcək.
Newsport.az-ın məlumatına görə, "Əlincə"nin baş məşqçisi Vasif Haqverdiyev və futbolçular bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər. U-16 millisində ən çox futbolçuyla "Əlincə" klubu təmsil olunur.