Namiq Ələsgərov - Kim istəməz ki, Avropada oynasın? MÜSAHİBƏ

"Kəpəz"in yarımmüdafiəçisi Namiq Ələsgərov Newsport.az-a müsahibə verib:

- "Neftçi" ilə görüşdə qalib gəldiniz. Görüşü necə dəyərləndirərdin?
- Qələbə bizim özümüz üçün də gözlənilməz olmadı. Niyə də gözlənilməz olsunki? Bu oyunda əsas hədəfimiz qələbə idi. Şükürlər olsun ki, qələbəni də qazandıq.


- Fasilədən sonra nə baş verdi ki, 2:0-lıq üstünlüyü əldən buraxdınız?

- Vallah, özümüz də nə baş verdiyini başa düşmədik ki. Fasilədə də danışdıq ki, hesabı saxlamağa oynamayacağıq. Bütün fikrimiz o idi ki, öz oyunumuza davam edib qollarımızı vuraq. Ancaq "Neftçi" ikinci hissədə yaxşı mübarizə apardı. 

- Qapınıza penalti təyin edildi, ondan savayı ilk qol da cərimə zərbəsi yerinə yetirildikdən sonra gəldi. Hakimlikdən narazı qaldız?
- Hakimlikdən narazı qalmadıq. Penalti epizodunu gördüm. Amma tam dəqiq görmədim. Gərək təkrara baxım, sonra nəsə deyim. Hakimin qərarına da etiraz edə bilmərəm.

- 11 illik tilsimi də qırdınız. "Neftçi"ni Bakıda məğlub etməyi bacardız. Oyundan öncə bu haqda xəbəriniz var idi, bu sizin üçün motivasiya oldu?
- Bəli, axır ki, bu tilsimi qırdıq. Oyundan öncə də bu haqda xəbərdar idik. Elə əsas da 11 illik tilsimi qırmaq üçün çıxmışdıq meydana. 

- Rəhbərlik qələbə qazanacağınız təqdirdə, hər hansı mükafat vəd etmişdi?
- Bəli, rəhbərlikdən mükafat vəd olunmuşdu. İnşallah ki, olar.

- İlk hissə ilə müqayisədə, ikinci yarıda Ayltonla bəzi epizodlarda uduzurdun. Yorulmuşdun deyəsən..

- Yorğunçuluq var idi. Çünki ağır oyun idi. Mən çalışdım ki, komandama xeyir verim.

- Millinin bu ay təşkil ediləcək toplanışına dəvət aldın. Robert Prosineçki hər dəfə açıqlamalarında da sən haqda xoş fikirlər səsləndirir...

- Prosineçki mənə güvənir, sağolsun. Mən də toplanışda çalışacam ki, özümü lap yaxşı tərəfdən göstərim. 

- "Kəpəz" avrokuboklara vəsiqə qazanacağı təqdirdə, icarədə oynasan belə, komandada qalacaqsan, yoxsa "Qarabağ"a qayıdacaqsan?
- Vallah bu barədə heç nə bilmirəm. Məsələ haqda heç nə fikirləşməmişəm də. Hədəfimiz bu dəqiqə "Kəpəz"in avrokuboklara vəsiqə qazanmasıdı. Daha sonra qərar veriləcək.

- "Qarabağ"ı "Qəbələ"yə qalib gələrək, çempionluğa bir az addımladı. Öz komandanın çempion olacağını düşünürsən? 
- Əlbəttə ki, "Qarabağ"ın çempion olmasını çox istəyərdim. Çünki öz komandamdı. Böyük ölçüdə çempion "Qarabağ" olacaq. Amma qarşıda 10 oyun var və indidən nəsə demək olmaz.

- Robert Prosineçki gənc istedadlı oyunçuların Avropada oynamasından yanadı və tez-tez özü də vasitəçi rolunu oynayır. İstəyərdinmi, sənə görə də hansısa klubla danışıq aparsın və Avropada oynayasan?
- Prosineçki ilə aramızda belə söhbət olmayıb. Ancaq təbii ki, çox istəyərdim Avropada oynayam. Kim istəməz ki, Avropada oynasın?





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right