Azərbaycan Premyer Liqasının XXVII turunda doğma meydanında "Zirə”ni qəbul edəcək "Kəpəz” qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisinin aparıcı forvardı Julien Ebah "Zirə” ilə qarşılaşamada komandasına kömək edə bilməyəcək.
Buna səbəb kamerunlu futbolçunun cəzalı duruma düşməsidir. Belkə ki, Premyer Liqanın XXVI turunda hal-hazırda davam edən "Neftçi” – "Kəpəz” oyununda sarı vərəqə alan futbolçu mövsüm ərzində 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, "Kəpəz” – "Zirə” oyunu martın 30-da baş tutacaq.