Vəli Qasımov: “Müəyyən tədbir görəcəyik”

Azərbaycan Premyer Liqasının XXVI turunda "Kəpəz” səfərdə "Neftçi” üzərində 3-2 hesablı qələbə qazanıb. Oyunsonrası mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib:  "Kəpəz”i təbrik edirəm. Məğlubiyyətə layiq deyildik. 
 
- Ayltonda qeyri-adi nə var ki bütün məşqçilər ona şans verir?
- Sol cinahda ən yaxşı variant odu. Birinci qolumuzu da Ayltonun ötürməsiylə vurduq.

- "Neftçi" turnir cədvəlində 7-ci pillədədi...
- Əlbəttə, komanda bu yerə layiq deyil. "Neftçi" kimi komanda bu pillədə olmamalıdı.

- Gələcəkdə radikal dəyişiklik gözlənilir?
- Bu komanda pis oynamır. Heyət üzvlərinin çoxu milli komandaların üzvləridi. Sadəcə, təşkilatçılıq çatmır.

- İki oyunda Maksim Vaylo qapını qorudu. Komanda bu oyunlarda uduzmadı. Bu oyunda isə Aqil Məmmədov ilk qolda səhvə yol verdi. Gələn oyunlarda yenə Maksimi əsas heyətdə görə bilərik?
- Hər şey ola bilər. Heç kim əsas heyətdə yerini təmin etməyib.

- Penalti epizodu barədə nə deyə bilərsiz?
- Mən həmin epizoda uzaq idim.

- Məhəmməd Qurbanovu əvvəlcə oyuna buraxmağı planlaşdırdsaz da, sonradan fikrinizdən daşındınız. O isə bundan sonra məşq geyimini yerə atdı...
- Onun hərəkətini görmədim. Belə bir şey olubsa, müəyyən tədbirlər görəcəyik.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right