Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun növbəti oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə,ikinci oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə turun mərkəzi oyununda lider "Qarabağ" səfərdə "Qəbələ"nin qonağı olacaq.
Günün digər matçında isə çempionatımızın qocaman kollektivləri - "Neftçi" ilə "Kəpəz" üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
26-cı tur
19 mart (şənbə)
15:00.“Qəbələ” – “Qarabağ” - 1:2
Qol: Migel Madera, 9 (0:1), Sergey Zenyov,17 (1-1),Mahir Mədətov, 72 (1:2)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
18:00.“Neftçi” – “Kəpəz” - 2:3
Qollar: Bəxtiyar Soltanov, 30 (0:1), Tural Axundov, 33-pen (0:2), Araz Abdullayev, 60 (1:2), Ruslan Qurbanov, 81-pen (2:2), Şəhriyar Rəhimov, 89 (2:3)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov
8-ci kilometr qəsəbə stadionu