Bəhmən Həsənov: “Belə haqsızlıq olmaz”

Azərbaycan Premyer Liqasının XXVI turunda "Rəvan” doğma azarkeşləri önündə "Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Newsport.az-ın məlumatına görəoyunsonrası mətbuat konfransında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov qarşılaşma barədə danışıb: 
 
"Çox üzüldüm. Məğlub olmağa layiq deyildik. Biz "Sumqayıt”ın gücünü nəzərə almışdıq. Müdafiəçilərimizin səhvi nətiəsində iki qol buraxdıq. Saşa və Elvin Əliyevin zədə alması bizim planlarımızı pozdu. Düşünürəm ki, oyun pis alınmadı. Çox təəssüf edirəm ki, belə mübarizədə məğlub olduq.  Penalti epizodumuz verilmədi. Belə haqsızlıq olmaz. Oyunda üstünlük bizim tərəfimizdə idi. Amma olacağa çarə yoxdu. Bundan sonrakı oyunları düşünürəm." 
 
- Elvin Əliyev xəstəxanaya aparıldı...
- Elvinin çiyin nahiyəsindən qolu çıxıb. Böyük ehtimalla əməliyyat olunacaq. Saşanın da durumu yaxşı deyil.  Növbəti oyunlar üçün ciddi itkilərimiz var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right