Azərbaycan Premyer Liqasının XXVI turunda "Rəvan” doğma azarkeşləri önündə "Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov qarşılaşamanı şərh edib:
"Hər birinizi qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, "Sumqayıt” azarkeşləri qələbə üçün çox darıxmışdı. Şükürlər olsun qələbə qazanaraq 3 oyunluq uğursuz seriyaya son qoyduq. Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim.”
- İkinci hissəsinin sonlarında komanda müdafiə futbolu oynadı...
- İkinci hissədə futbolçulara hücumda az oynamağı tapşırdım. Külək amili də bizim oyunumuza təsir etdi.
- İkinci qoldan bir neçə dəqiqə öncə Amil Yunanova nəsə dediniz. O, elə həmin anda qol vurdu...
- Dedim ki, qorxma, irəli get, qol vuracaqsan.