"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib güclüdür. Amma buna baxmayaraq, hədəfimiz maksimum nəticəyə imza atmaq - qələbə qazanmaqdır.Komandada atmosfer yaxşıdır.Üç xal qazanmaq istəyirik.Heyətdəki itkilərə baxmayaraq qələbə üçün meydana çıxacağıq.Orxan Sadıqlı cəzalı olduğu üçün oyunu buraxmalı olacaq. Tural Qürbətov bizdə icarə əsasında çıxış etdiyindən, "İnter"ə qarşı oynaya bilməyəcək. Çünki müqavilə ilə bu kluba məxsusdur. Meydana onlarsız çıxmalı olacağıq".