Bu gün AFFA-nın yanında Media Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, tədbir AFFA-nın inzibati binasında baş tutub.
Yığıncaqda assosiasiyanın baş katibi Elxan Məmmədov və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da iştirak ediblər. İclasda Media Komitəsinin idarə heyətinin üzvləri gələcək planlar, tətbiqi nəzərdə tutulan layihələr barədə danışıblar.