Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Premyer Liqamızın aşkar autsayderi "Rəvan" evdə "Sumqayıt"ı qəbul edəcək. "Bayıl Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, 26-cı turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.
18 mart
Azərbaycan Premyer Liqa, 26-cı tur
21:00. “Rəvan” – “Sumqayıt” - 1:2
Qollar: Ağabala Ramazanov, 8 (0:1), Amil Yunanov, 32(0:2), Ruslan Tağızadə, 89 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov
"Bayıl Arena".