Bədavi Hüseynov: "Yığmamız Qazaxıstana qalib gələ bilər"

Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov Qazaxıstan və Kanadaya qarşı keçiriləcək yoxlama oyunları ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Yığmanın hər bir oyunu böyük əhəmiyyət daşıyır. Nə qədər çox oynasaq, bir o qədər böyük təcrübə toplamış olarıq. Bunlar hamısı rəsmi oyunlarda köməyimizə çatacaq. Türkiyədə qısa toplanışımız və Qazaxıstanla yoxlama oyunu olacaq. Fikrimcə, biz bu komandaya qalib gələ bilərik. Kanadaya gəlincə, bu komanda barədə heç nə bilmirəm. Belə bir rəqibə qarşı oynamaq maraqlı olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right