Monteneqroda təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçularından ibarət yığması bu gün ikinci yoxlama görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, Nazim Süleymanovun komandası monteneqrolu həmyaşıdları ilə qarşılaşıb.
Podqoritsada baş tutan oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yığmamız rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu komandalar arasında iki gün öncə baş tutan görüşdə millimiz 3:2 hesabı ilə qalib gəlib.