Martın 18-dən 22-dək Bakıda təlim-məşq toplanışında olacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 23-dən 28-dək Maltanın Valletta şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Newsport.az-ın məlumatına görə, komandamız turnirdə Lixtenşteyn, Malta və Belarusla üz-üzə gələcək.
Bu oyunlar üçün yığmamıza 20 futbolçu dəvət olunub: Seymur Əliyev, Fərid Nadirov, Hüseyn Hüseynzadə, Xaqani Sadıqov, Şakir Seyidov, Nicat Məmmədov, Nicat Mehbalıyev, Tahir Zeynalov, Kamran Quliyev, Bəşir Ayralov, Sultan Mustafayeva, Fərid Mahmudov, Soltan Mürşüdov, Hüseyn Əhmədov, Vüsal Mustafayev, Zahid Mərdanov, Əmrah Zülfüqarlı, Elvin Cəfərquliyev, Elton Əlibəyli və Əli Hacıyev
24 mart
16:15. Azərbaycan – Lixtenşteyn
26 mart
13:30. Azərbaycan – Malta
28 mart
13:30. Azərbaycan – Belarus
affa.az