"İnter”in kapitanı Nizami Hacıyev ölkə xaricinə yollanmağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Rəvan”la qarşılşamada ciddi xəsarət alıb.
Tibbi müayinədən sonra əzələsində dartınma aşkarlanan kapitan bu həftə ərzində Serbiyaya yollanacaq. O, Belqradda yerləşən klinikaların birində 4 gün müalicə olunacaq.
Qeyd edək ki, son zamanlar formada olan futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq.