Monteneqroda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komanda yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Monteneqrodan olan həmyaşıdları ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıb. Milli komandamızın heyətində Rövlan Muradov dubl edib. 1 qolun müəllifi isə Murad Xaçayev olub.