"Qəbələ" nigeriyalı oyunçunu bəyənmədi

"Qəbələ" baxışa yeni legioner dəvət edib.

Newsport.az-ın məlumatına görə, bu, nigeriyalı futbolçu Şerif İsadır.

25 yaşlı yarımmüdafiəçi bir neçə gün idi ki, bölgə təmsilçisinin düşərgəsində hazırlıq keçirdi. Amma o, baş məşqçi Roman Qriqorçukun etimadını qazana bilməyib. Bu üzdən də ukraynalı mütəxəssis İsanın komandada qalmasını istəməyib.

Qeyd edək ki, İsanın son klubu Ukrayna "Olimpik"i (Donetsk) olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right