"İnter”in futbolçusu Vüqar Nadirovun durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, yüksək hərarəti olduğu üçün Azərbaycan Premyer Liqasının XXV turunda "Rəvan”la qarşılaşamanı buraxan hücumçu artıq özünü yaxşı hiss edir.
Əldə etdiyimiz məlumata görə, o, komandanın bu gün baş tutacaq məşqində iştirak edəcək. Onun "Xəzər Lənkəran”la qarşılaşamada iştirak etməyi üçün hər-hansı problem qalmayıb.
Qeyd edək ki, "İnter” cənub səfərinə itkilərlə yollanacaq. "Rəvan”la qarşılaşmada zədə alan Laşa Salukvadze və Qara Qarayev də cənub səfərinə aparılmayacaq.
Xatırladaq ki, "Xəzər Lənkəran” – "İnter” oyunu martın 20-si saat 13:30-da Lənkəran şəhər stadionunda baş tutacaq.