Problem həll olundu: “İnter” yenidən avrokuboklarda

Xəbər verdiyimiz kimi, ötən il maliyyə problemləri üz-üzə qalan paytaxtın "İnter” klubu yeni rəhbərliyin gəlişindən sonra sabiq futbolçularına qalan borclarını ödəməyə hazırlaşır. 
 

Newsport.az-ın məlumatına görə, "bankirlər” artıq bütün futbolçularla müəyyən razılıq əldə edib. Belə ki. Bakı təmsilçisi futbolçulara olan borcların müəyyən hissəsini ödəmək şərti ilə onları razı salmağı bacarıb. 
 
Komandanın təklifi ilə razı olmayan və alacaqlarının bütün hissəsini istəyən Baçana Tsxadadze də "İnter”in təklifini qəbul edib. O, da pulunun müəyyən hissəsini almaq şərti ilə UEFA-ya şikaytə etməyəcəyi ilə bağlı müqaviləyə imza atıb. 
 
Bununla da, "İnter” bütün futbolçuları ilə problemi yoluna qoyub.  Heç bir futbolçunun UEFA-ya müraciət etməyəcəyini nəzərə alsaq "bankirlər”in növbəti mövsüm üçün avrokuboklarda oynamasına heç bir problem olmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right