Rusiya - Azərbaycan oyunu 4,5 manata

AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Newsport.az-ın məlumatına görə, Rostovda keçiriləcək bu qarşılaşmanın biletləri 200-1000 rubl aralığında dəyişir. Bu da Azərbaycan manatı ilə 4,5 - 24,5 manat təşkil edir.

Qeyd edək ki, Rusiya - Azərbaycan qarşılaşması martın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutan görüşdə millimiz 3:0 hesabıyla üstün olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right