"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya prezidenti Buyar Nişani ilə Bakıda keçirdiyi görüşdən danışıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Ölkə prezidenti ilə tanışlığımız var. O, hərdən "Qarabağ"ın Avropa Liqasındakı oyunlarını da izləyir. Onunla Bakıda görüşmək mənim üçün çox xoş oldu. O, Albaniya yığmasını həmişə dəstəkləyib, kömək edib. Bakıdakı görüşdə də "Qarabağ" barədə söhbət etdik. Mən ona komandamızın futbolkasını və suvenir hədiyyə etdim. Xoş görüş alındı".
azerisport.az