AFFA Avropa çempionatında 800 könüllüdən yararlanacaq

Mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində könüllülərin xidmətindən istifadə olunacaq.

Newsport.az-ın məlumatına görə, AFFA bu turnir üçün könüllülərin cəlb olunması prosesinə start verilib. 
 
Bu mötəbər yarış zamanı 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, akkreditasiya, qonaqpərvərlik, tibb, nəqliyyat, könüllülərin idarəedilməsi aiddi. 
 
Bu proqrama qoşulmaq istəyənlər əvvəl qeydiyyatdan keçəcək, sonra apreldə müsahibəyə dəvət ediləcək. AFFA AVRO-2016-da könüllü kimi iştiraka qəbul ediləcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün çempionatdan öncə stadionlarda təlimlər keçiriləcək. Yerli və xarici şəxslərdən formalaşacaq 800 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi 30-du.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right