Azərbaycan Çernoqoriyaya qalib gəldi

Çernoqoriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Çernoqoriyanın U-19 yığması ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıb.

Yığmamızın heyətində Rövlan Muradov dubl edib. 1 qolun müəllifi isə Murad Xaçayev olub.

Bu komandalar arasında martın 17-də növbəti yoxlama oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. (AFFA)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right