"İnter" "Xəzər Lənkəran"la matça itkilərlə hazırlaşır

"İnter" Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, Zaur Svanadzenin çalışdırdığı komanda bu matça itkilərlə hazırlaşır.

Belə ki, müdafiəçi Laşa Salukvadze "Rəvan"la oyunda zədə aldığından məşqlərə qatılmır. O, qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək. Qara Qarayev də təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "İnter"in kapitanı Nizami Hacıyev də zədəlidir. O, ayın sonunadək məcburi istirahət etməli olacaq. Fuad Bayramov da hələ zədəsini sağaltmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right