"Qəbələ" "Qarabağ"la oyunun hazırlıqlarına bu gün start verəcək

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Zirə” ilə oyunundan (1:2) sonra iki günlük istirahətə buraxılan “Qəbələ” məşqlərini bu gün bərpa edəcək.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” martın 16-da bir araya gələrək “Qarabağ”la matçın hazırlıqlarına başlayacaq.

Günün ikinci yarısında toplaşacaq komanda axşam məşqini Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Roman Qriqorçukun yetirmələrinin hazırlığı tam heyətlə keçəcək. “Qırmızı-qaralar”ın qarşılaşmaya qədər hazırlıqları gündə bir dəfə olmaqla bu arenada baş tutacaq.

Xatırladaq ki, Topaz Premyer Liqasının 26-cı turunun “Qarabağ”la oyunu martın 19-da keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right