Azərbaycan Premyer Liqasının XXVI turunda doğma meydanında "Kəpəz"i qəbul edəcək "Neftçi" tam heyətlə hazırlaşa bilmir.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Vəli Qasımov Jairo Rodrigesin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb müdafiəçinin cəzalı durumda olmasıdır. Sözügedən cəza braziliyalı müdafiəçiyə XXIV turda "Qəbələ" ilə ev oyununda kobud oyuna görə qırmızı vərəqə aldığı üçün verilib.
Bundan əlavə bir müddətdir zədədən əziyyət çəkən Məqsəd İsayevin durumuna aydınlıq gəlməyib. Komanda ilə məşqlərə qatılan futbolçunun "Kəpəz"ə qarşı oyunda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.
Qeyd edək ki, martın 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Kəpəz" oyunu saat 18:00-da başlayacaq.