AZAL-la oyun üçün iki itki

Azərbaycan Premyer Liqasının XXVI turunda AZAL-ı qəbul edəcək oyuna "Zirə" iki itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, söhbət Dieqo Qusmano və Nelson Bonilladan gedir.

28 yaşlı braziliyalı yarımmüdafiəçi zədəli olduğundan "təyyarəçilər"ə qarşı meydana çıxa bilməyəcək. Bonilla isə sarı vərəqə limitini doldurduğu üçün bu tur komandasını tribunadan dəstəkləməli olacaq.

Qeyd edək ki, "Zirə" - AZAL matçı saat  martın 19-da keçiriləcək. Qarşılaşma 15:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right