AFFA "Zirə"nin məşqçisini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.  

Newsport.az-ın məlumatına görə, tədbirdə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları və Topaz Premyer Liqanın 25-ci turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar çıxarıb. 

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Topaz Premyer Liqanın 25-ci turunun “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cəza kəsilib.       

Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqanın 25-ci turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right