Aleksey Qayın durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının XXV turunda "Zirə” ilə qarşılaşan "Qəbələ” təkcə 3 xalı yox, yarımmüdafiəçi Aleksey Qayı da itirmişdi. Dünən keçirilən qarşılaşmanın birinci hissəsində zədələnən və fasilədən sonra əvəzlənən 34 yaşlı ukraynalı bu gün tibbi müayinədən keçib.
 

Newsport.az-ın məlumatına görə, klubun həkimləri onun zədəsinin ciddi olmadığını və artıq sabahdan məşqlərə başlaya biləcəyini açıqlayıblar. Bu isə o deməkdi ki, Qay "Qarabağ”la XXVI tur matçında məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki,  "Qəbələ” – "Qarabağ” oyunu martın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right