Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində öz meydanında "Xəzər Lənkəran”a qalib gələn "Kəpəz”in bu uğurunu azarkeşləri çılğın şəkildə qeyd edirlər.
Newsport.az-ın məlumatına görə, Anya adlı xanım fanat Gəncə klubunun bu qələbəsimi "facebook” səhifəsindən paylaşdığı erotik foto ilə qeyd edib.
Profilində Çexiyada yaşadığını və Ukraynada oxuduğunu yazan, "Kəpəz”in futbolçuları ilə sosial şəbəkədə dost olan Anya matçdan əvvəl futbolçular üçün motivasiya fotosu paylaşacağını yazıb.
Oyun bitdikdən sonra isə erotik foto yayımlayan xanım bunun gəncəlilərin futbolçusu Tural Rzayevə verilən söz olduğunu da qeyd edib.
Məsələyə "Kəpəz”in futbolçusu da münasibət bildirib. Şəxsi "instagram” səhifəsində məsələ haqqında yazan Rzayev məsələ haqqında bunları qeyd edib: "Dünən bir çox saytlar tərəfindən mənim haqqımda paylaşılan xəbərin doğru olmadlğını və mənim bu xanımla heç bir əlaqəmin olmadığını, onu tanımadığımı açıq şəkildə bildirirəm.”